Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Türkiyə İŞİD üzvlərinə saxta pasport verir

İngiltərənin “Daily Mail” qəzeti Türkiyə ilə bağlı şok iddia irəli sürüb.

Nəşr Suriyada döyüşən İŞİD üzvlərinin Avropaya gedən qaçqınlara qoşulmaq üçün Türkiyədə saxta Suriya pasportları əldə etdiyini yazıb.

“Daily Mail”in müxbiri Nayk Fagge 2 min dollara saxta Suriya pasportu almağın mümkün olduğunu iddia edib.

Qeyd edək ki, Avropa Birliyinin liderləri Suriya qaçqınlarının Türkiyədə saxlanılmasını təklif edirlər. Fransa prezidenti Fransua Olland bir neçə gün əvvəl qaçqınların Suriyadakı vətəndaş müharibəsi başa çatana kimi Türkiyədə qalması və ehtiyaclarının ödənilməsi üçün Avropa Birliyinin liderlərinə çağırış edib.
599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber