Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Bakıda məcburi kökünlərin yaşadığı bina yanaraq külə döndü

Bu gün saat 15:20 radələrində 1 saylı Mərkəzi Kliniki Xəstəxananın yaxınlığında, Cəlil Məmmədquluzadə küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın olub.

Nur-az.com musavat.com-a istinadən xəbər verir ki, yanğına səbəb kimi, həyətə tökülən zibillərin alışması göstərilir. Ərazidə ağaclar çox olması yanğının daha geniş əraziyə yayılmasına səbəb olub. Nəticəsində təqribən 20-yə yaxın ev yanıb, sakinlər dərhal təxliyyə olunublar. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən 16 mərtəbəli binanın da yanğın təhlükəsi olduğundan sakinlər binadan çıxarılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və DİN-nin əməkdaşları cəlb edilib. FHN əməkdaşları şiddətlənən yanğının 16 mərtəbəli binaya keçməsinin qarşısı alıb. Məcburi köçkünlərin evləri isə tamamilə yanaraq külə dönüb.
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP