Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Rusiyada soydaşlarımız yerlilərlə dalaşdı: ölən var

Rusiyanın Voronej vilayətinin Sovet rayonunda yerli sakinlərlə Azərbaycan vətəndaşları arasında kütləvi dava düşüb. Ans-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, davada 19 yaşlı yaşlı Varonej sakini ölümcül bıçaq xəsarətləri alıb. Hadisə zamanı onun 3 dostunun və bir əcnəbi vətəndaşının yaralandığı bildirilir.

Hadisə "Praqa" adlı kafedə törədilib. Verilən məlumata görə kütləvi davaya səbəb kimi kafedə ofsianta edilən bir təklifdən sonra onun cəzalandırması göstərilir. Bıçaqlanma hadisəsindən sonra əcnəbilər atomobilə minib hadisə yerindən uzaqlaşmaq istəyiblər. Amma polis onları tezliklə yaxalayıb.

Faktla bağlı çinayət işi açılıb. Ərazi üzrə polisi bölməsindən verilən açıqlamda, xəstəxanaya yerləşdirilənlərdən birinin reanimasiyada öldüyü bildirilib.

Qeyd edək ki, ilkin məlumata görə kütləvi davada 11 nəfər iştirak edib. Davanın 20-30 yaşlı gənclər arasında baş verdiyi bildirilir.
1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26