Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Assanc: “Olland məni kürəyimdən bıçaqladı”

“Vikiliks”in qurucusu Culian Assanc Fransa Prezidenti Fransua Ollandı tənqid edib.

Sığınacaq tələbinin Paris tərəfindən rədd edildiyini deyən Asanc Ollandın ona söz verdiyi, daha sonra isə sözünün üstündə durmadığını bildirib:

“Olland mənimlə ünsiyyət qurmaqdan çəkinmədi. Əksinə, cəsarətləndirdi. O mənim sığınacaq tələbimdən xəbərdar idi. Tələbim qəbul olunmadıqda elə bilin ki, kürəyimdən bıçaqladı…”

Xatırladaq ki, Assanc iyul ayında “Le Monde” qəzetində dərc olunan məktubunda Ollanddan sığınacaq istəmişdi.
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber