Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Kiyevdə kütləvi dava: bir azərbaycanlı öldürüldü

Ukraynanın paytaxtı Kiyevdəki “Troyanşina” topdansatış bazarında azərbaycanlılarla gürcülərdən və ukraynalılardan ibarət ticarətçi dəstə arasında kütləvi dava baş verib.

Hadisə şahidlərinin apa-ya verdiyi məlumata görə, kütləvi davanın baş verdiyi dekabrın 6-dan 7-nə keçən gecə davada iştirak edən azərbaycanlılardan biri bazarın yaxınlığında vəhşicəsinə qətlə yetirilib.

Dekabrın 7-si səhər saatlarında hadisə yerində meyiti aşkar edilən həmin şəxs əslən Yevlax rayonundan olan Gəncə şəhər sakini 37 yaşlı İlham Hüseynovdur. O, daş kərpiclə döyüldüyündən, meyiti baş hissəsi tamamilə parçalanmış, əzilmiş halda tapılıb.

Bazarda çalışan və adının çəkilməsini istəməyən azərbaycanlıların verdiyi məlumata görə, dava ticarət maraqları üstündə baş verib: “Hadisəyə səbəb İlham Hüseynovla gürcülər arasında olan konflikt səbəb olub. Aralarında biznes mübahisəsi yaranıb, nəticədə gürcülərə qoşulan ukraynalılardan ibarət bir dəstə ilə bazarda çalışan azərbaycanlılar arasında dekabrın 6-da kütləvi dava düşüb. Səhəri gün isə İlham Hüseynovun meyiti bazarın yaxınlığındakı kərpic qalağının yanında tapılıb. Meyit aşkar olunan zaman davada iştirak edən gürcü və ukraynalılar aşkar formada qətli törətdiklərini bazarda elan edərək, azərbaycanlıların hamısını eyni aqibət gözləyəcəyini bildirərək kütləvi formada hədələyiblər”.

Hadisə ilə bağlı yerli milis tərəfindən cinayət işi qaldırılıb, qətli törədənlərin müəyyənləşdirilməsinə çalışılır.

Azərbaycanın Ukraynadakı səfirliyindən isə bildiriblər ki, hadisə barədə yenicə məlumat alıblar və araşdırma aparılaraq tədbir görüləcək.
1506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.1