Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2015

AŞAĞI və YUXARI təzyiq nə deməkdir?

Adi insanlar arterial təzyiqinin göstəricilərinə "aşağı" və "yuxarı" təzyqi deyirlər. Əgər, misal üçün, təzyiq 120/80-dirsə, 120 - "yuxarı", 80 - "aşağı" təzyiqdir.
Tibdə "yuxarı" təzyiq "sistolik təzyiq", "aşağı" təzyiq "diastolik təzyiq" adlandırılır. Sistolik təzyiq ürək əzələsinin maksimal yığılması (buna "sistola" deyilir) zamanı inkişaf edir. Bu zaman qan ürəkdən təzyiqlə damarlara atılır. Sistolik təzyiqin normal göstəriciləri - 100-140 c.st. sayılır.
Qanı damarlara atdıqdan sonra ürək "dincəlir" (buna "diastola" deyilir). Aortanın qapağı bağlanır və ürək növbəti yığılma üçün qanla dolur. Bu zaman qan damarlarda passiv şəkildə hərəkət edir - bu diastolik təzyiqdir. Diastolik təzyiqin normal göstəriciləri 60-90 mm.c.st. sayılır.
Ürək qanla dolanda yenə yığılır, qanı damarlara atır və s.
"Təzyiq qalxdı" deyəndə əsasən sistolik təzyiqin qalxmasını nəzərdə tuturlar. Məhz sistolik təzyiqin qalxması (xüsusilə bu hal xroniki xarakter alıbsa) insanın sağlamlığına ciddi ziyan vurur. Bu səbəbdən sistolik ("yuxarı") təzyiqin tez-tez qalxması yaxşı göstərici sayılmır. Belə problemlə üzləşən insan mütləq həkimə müraciət etməlidir.
Yüksək təzyiq bir çox təhlükəli xəstəliklərin inkişafına təkan verə bilər. Yüksək təzyiq zamanı damarların divarları həddən artıq yüklənir ki, bu damarların partlamasına və nəticədə qanaxmaya səbəb ola bilər. Əgər ürəkdə və ya beyində olan damar partlayarsa, bu infarkt və insult kimi ağır pozulmalara səbəb olacaq. Digər tərəfdən arterial hipertenziya ürək əzələsinin daha tez qocalmasına, üzülməsinə səbəb olur.
Diastolik təzyiq əksər hallarda hətta kriz zamanı çox yüksək qalxmır. Diastolik təzyiqin daim normadan yüksək olması insanda uzun müddət ərzində hipertoniya xəstəliyinin olmasından xəbər verir.
Hətta sağlam insanın təzyiqi gün ərzində dəyişilir - səhər daha aşağı olur, günorta qalxır və axşama yaxın öz zirvə nöqtəsinə çatır. Bu səbəbdən təzyiqi hər gün eyni vaxtda ölçmək lazımdır (məsələn, günorta və ya axşam)./Saglamolun/
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı