Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2015

Məktub yazıb, özünü öldürən bank əməkdaşı imiş - Təfərrüat

Sentyabrın 15-də Binəqədi rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub. Nur-az.com Lent.az-a istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi yaşayış evinin həyətində özünü asan 1977-ci il təvəllüdlü Seyidov Samir Tahir oğlu bank əməkdaşı olub.
Qohumları bildirir ki, S.Seyidov Sumqayıtda yerləşən bank filialında inkasasiya şöbəsində çalışırmış. 3 uşaq atası olan 38 yaşlı Samirin 20 min manata yaxın borcu varmış və bir neçə gün əvvəl bank sistemində aparılan ixtisarla əlaqədar işdən çıxarılıb. Bundan sonra o, depressiyaya düşüb və ailəsinə məktub yazaraq intihar edib.
S.Seyidov məktubunda yaxınlarından övladlarına yaxşı baxmalarını xahiş edib və onu bu həyatda axtarmamalarını qeyd edib.
Qeyd edək ki, S.Seyidovun 3-cü övladı 2 həftə əvvəl dünyaya gəlibmiş.
496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı