Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Son 3 gündə Azərbaycanda 4 zəlzələ baş verib

Ötən 3 gün ərzində Azərbaycanın müxtəlif yerlərində 4 yeraltı təkan qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, ilk zəlzələ sentyabrın 17-də Şirvan şəhərində baş verib. Yerli vaxtla səhər saat 03.54-də baş vermiş zəlzələnin şiddəti 3.1 bal gücündə olub. Gəncədən 11 km şərqdə baş vermiş zəlzələ yerin 17 km dərinliyində qeydə alınıb.

Növbəti zəlzələ Gəncə şəhərində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar sentyabrın 17-də saat 21.55-də qeydə alınıb. Gəncə şəhərindən 38 km cənub-qərbdə baş vermiş zəlzələnin şiddəti 3.4 bal gücündə olub. Zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.

Növbəti iki zəlzələ isə Xəzər dənizinin Azərvbaycan massivində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə zəlzələlərdən biri sentyabrın 19-da saat 23.30-da baş verib. 69 km dərinlikdə qeydə alınan zəlzələnin şiddəti 3.3 bal gücündə olub. Xəzər dənizində daha bir zəlzələ sentyabrın 20-də baş verib. Yerli vaxtla gündüz saat 11.38-də baş vermiş zəlzələnin şiddəti 3.0 bal gücündə olub. Yeraltı təkanlar 63 km dərinlikdə qeydə alınıb.

Zəlzələlər heç biri hiss olunmayıb.

Bundan əvvəl isə ikisi Oğuz rayonunda, biri Şəkidə olmaqla sentyabrın 4-də 3 zəlzələ baş vermişdi. Şəkidə baş verən və 5.9 bal gücündə qeydə alınan zəlzələ ətraf rayonlarda da hiss olunmuşdu. Zəlzələ nəticəsində Şəkidəki bəzitarixi tikililərdə dağıntı baş vermişdi. Göyçayda isə bir nəfər suquyusuna düşərək dünyasını dəyişmişdi.
482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı