Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Dərmanların ucuzlaşacağı barədə vədlər harda qaldı?

Eyyub Hüseynov: «Dərman qıtlığı, gizli dərman alverçilərinin fəaliyyətə başlayacağı gözlənilir»

Dərmanların qiymətinin ucuzlaşacağı barədəki məlumatlar cəmiyyətdə böyük maraq oyadıb. Əhalinin aztəminatlı hissəsi bu yeniliyin nə vaxt tətbiq ediləcəyini intizarla gözləyir. Xatırladaq ki, iqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədriÿŞahin Mustafayev mətbuata açıqlamasında 1000-dən artıq ucuzlaşmış dərman preparatının sentyabrın 15-dən yeni qiymətlərlə satılacağını bildirmişdi. O, Azərbaycanda dövlət qeydiyyatına alınmış 4500-dən çox adda dərman olduğunu demişdi.

Qeyd edək ki, Tarif Şurasının iyulun 30-da keçirilmiş iclasında 256, avqustun 25-də keçirilmiş iclasında isə əlavə 801 dərmanın qiymətinin aşağı salınmasına dair qərar verilib.

Fəqət apteklərdə hələ də kütləvi şəkildə yenilənmə hiss edilmir. Bəzi əczaçılar depoların vəd olunan sayda dərman vermədiyini də söyləyir.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, rəhbərlik etdiyi təşkilata son günlər bu mövzuda onlarla telefon zəngi olub. Istehlakçılar dərmanların qiymətinin aşağı salınacağını gözləsələr də, əksinə, bir sıra dərmanların qiyməti 50 faiz bahalaşdırılıb: “Bəzi dərmanların adları çəkilir ki, onun qiymətinin enidiriləcəyi gözlənilsə də, əks proses baş verib. 30 faizə qədər dərmanın isə ümumiyyətlə, olmadığı deyilir. Ölkədə mənfi olayların baş verəcəyi şübhəsizdir. Dərman qıtlığı, gizli dərman alverçilərinin fəaliyyətə başlayacağı gözlənilir. Hətta həkimlərin özlərinin birbaşa dərman satışıyla məşğul olması da istisna deyil. Bir sözlə, bazarda böyük hərc-mərclik olacaq”.

Ekspertin sözlərinə görə, dərmanlar barədə tədbirlər zəruri olsa da, kafi deyil: “Qiymətlər çox yuxarı olduğu üçün belə qərarın verilməsi zəruri idi. Lakin bu istiqamətdəki siyasət mükəmməl olmadığı üçün vəziyyət kafi deyil. Dövlət dərmanların qiymətinin ucuz və keyfiyyətinin yüksək olmasını istəyirsə, bu sahədəki bütün maneələri aradan götürməlidir. Gömrükdəki maneələr, biznesmenlərdən alınan əlavə rüşvətlər, həkimlərlə dərman distrübüterlərinin işbirliyi yığışdırılmalıdır. Dərman biznesilə məşğul olanlara istənilən istehsalçıya çıxmaq imkanı yaradılmalıdır. Müstəqil ekspertiza yaradılmalıdır və bu iş gücləndirilməlidir. Belə olsa, bazar tamamilə liberallaşsa, qiymət də aşağı düşər, keyfiyyət də qalxar”.

Eyyub Hüseynov onu da qeyd edir ki, paytaxtdakı bəzi apteklərdə ən adi dərmanların belə artıq tapılmadığını vurğulayır: “Məsələn, 3-cü mikrorayondakı bir aptekdə vitamin A, vitamin E, qadın saçı üçün vasitələr də qeybə çəkilib. Halbuki, dünənədək bu aptek bütün dərman vasitələrilə bol olub”./azadlıq/
547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi