Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Ziya Məmmədov qorxuya düşüb

Ard-arda zərbələr alan nazir islahatlara başlayıb

Nəqliyyat naziri Ziya Məmmədov aldığı ardıcıl zərbələrdən qorxuya düşüb. Məlumat üçün deyək ki, Ziya Məmmədovun “Transqeyt” şirkətinə məxsus marşrut avtobusları xətdən çıxarılıb, taksi fəaliyyəti üçün lisenziyanın verilməsi ASAN Xidmətə tapşırılıb, “Azərbaycan Dəmir Yolları” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Bütün bunlar Ziya Məmmədovun “vurulacağı” barədə mülahizələrə səbəb olub.

Baş verənlərin fərqində olan nazir özünü sığortalamaq üçün səylər göstərir. Məsələn, dünən məlumat yayılıb ki, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən sərnişindaşıma sahəsində ciddi islahatlara başlanılıb. Oxu.Az xəbər verir ki, bununla əlaqədar olaraq, 19 sentyabr 2015-ci il tarixində Nəqliyyat Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin rəhbərliyi və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-nin baş direktoru Ziya Büniyatzadə və Nəqliyyatı Intellektual Idarəetmə Mərkəizinin baş direktoru Rüfət Imanovun iştirakı ilə iclas keçirilib.


Sərnişindaşıma sahəsində yol verilən qayda pozuntuları və bu nöqsanların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər planı iclasın əsas müzakirə mövzusu olub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev qeyd edib ki, artıq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, qayda pozan avtobus sürücüləri, ictimai nəqliyyatın hərəkətinə mane olan, avtobus dayanacaqlarının qarşısında avtomobilini park edən sürücülər yalnız cərimə ödəməklə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

Qeyd edək ki, paytaxtda sənişindaşıma faktiki olaraq Bakı Şəhər Icra Hakimiyyətinin nəzarətindədir. Bu fəaliyyəti meriyanın “Bakubus” MMC həyata keçirir. Maraqlıdır ki, bu sahə Ziya Məmmədovun nəzarətində olanda islahatlar yada düşmürdü. Görünür, indi həm onun başının üzərini qara buludlar alması, həm də sərnişidaşımanın artıq meriyanın nəzarətində olması islahatları zəruri edib.
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber