Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Ölkə vətəndaşı intihar həddindədir

«Mənə vurulan ziyanı ölümümdən sonra qoca anama çatdırarsınız»

Bakının Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 172, mənzil 4-də yaşayan Rəna Qarayeva “Azadlıq”a müraciət edib. Gənc yaşlarında həyat yoldaşını itirən Rəna xanım öhdəsində yaşlı anasının olduğunu diqqətə çatdırır. Müraciətdə deyilir:


“Sabunçu rayonu Maştağa bələdiyyəsi müqavilə bağlayaraq Ləhiş bağ sahəsində mənə torpaq sahəsi satıb. Onun müqabilində məndən 12 000 dollar pul aldılar. Həmin müqavilənin müddəti 2017-ci ilədək qüvvədədir.

Maştağa bələdiyyəsinin mənə satdığı torpaq sahəsində 2 metr hündürlüyündə daş hasar, 750 manata dəmir darvaza, üç otaqdan və mansarddan ibarət ev tikdim.

Maştağa bələdiyyəsi bağa hüququ olmayan, əslən gürcüstanlı baş prokuror Zakir Qaralovun və mənim işimə dair istintaqı aparan Korrupsiya Baş Idarəsinin böyük prokuroru Elnur Musayevin yaxın qohumu Məmməd Şirinovun ləğv olunmuş bağ sahəsini mənə satıb.

Nəticədə bələdiyyə həmin tikililəri sökərək mənə 50 000 manatdan çox maddi ziyan vurdu. Buna görə Iqtisad məhkəməsinə müraciət etdim. Hakim Xaliq Imanov humanist mövqe ilə çıxış edərək fakt üzrə cinayət işi açılması üçün xüsusi qərardadı Baş Prokurorluğa göndərdi. Korrupsiya idarəsinin böyük prokuroru Elnur Musayev isə cinayət işinə görə müddətin qurtardığını deyir.

Lakin həmin müddətin qurtarmağından söhbət gedə bilməz. Çünki həmin gündən ələqadər orqanlara mütəmadi müraciət etmişəm.

Maştağa bələdiyyəsi mübahisəli yeri mənə nə üçün satırdı? Ailəsini çətinliklə saxlayan kimsəsiz qadının əmlakına sahib çıxmaq hansı vicdana sığar?

Mən intihar həddinə çatdırılmışam, dövlətin heç bir səlahiyyətli orqanında ədalət görmədiyimdən özünəqəsd yolu seçmişəm. Maştağa bələdiyyəsi, Sabunçu məhkəməsinin hakimi Gültəkin Əsədova, Sabunçu RPI tədqiqatçısı Azər Bünyadov, Sabunçu prokurorluğunun müstəntiqi Vüsal Mehrəliyev, Koorupsiya Idarəsinin böyük prokuroru Elnur Musayev mənim ölümümdə günahkar olacaqlar. Mənə vurulan 50 000 manatın ölümümdən sonra anam Səmayə Qarayevaya verilməsini təmin etməyinizi xahiş edirəm.

Insan həyatını futbol topuna çevirib hər yerə fırlatmaq qatı cinayətdir. Sağlam insanı ölümə sürükləyənlərin cavabı gec-tez veriləcək”.
435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi