Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

İraqda 23 İŞİD terrorçusu məhv edildi

İraqın təhlükəsizlik srtukturları və beynəlxalq koalisiya güclərinin Ənbar, Neynəva və Diayle əyalətlərində birgə keçirdikləri antiterror əməliyyat nəticəsində İŞİD-in 23 silahlısı zərərsizləşdirilib.
Bu haqda əməliyyatların komandanı, briqada generalı Kasım əl-Mahmudi bildirib.
Onun sözlərinə görə, Ramadi əyalətinin əl-Buşecel rayonundakı əməliyyatda 8 İŞİD silahlısı öldürülüb, 7-si yaralanıb.
İraqın Dilaye əyalətinin Hamrin dağlarında keçirilən əməliyyat nəticəsində 3 İŞİD-çi zərərsizləşdirilib.
Mosulun Sincar rayonunda keçirilən əməliyyat nəticəsində isə 12 İŞİD silahlısı məhv edilib.
683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber