Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Ata körpə oğlundan imtina etdi: “Kasıbam...”

Həyat yoldaşı tərəfindən küçəyə atılan 27 yaşlı qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.

Bu barədə təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, ananın sənədləri yoxdur. Buna görə də yenicə ana olmuş qadın uşağa sənəd ala bilmirlər: “Ata kasıb olduğunu söyləyərək xəstəxanada oğlundan imtina edib. Deyir ki, uşağı dolandırmağa imkanım yoxdur. Ana isə uşağından imtina etmək istəmir.

Hələlik anaya psixoloji yardım edəcəyik. Bundan sonra ailədə baş verənləri öyrənməyə çalışacağıq. İstəyirik ki, ailənin maddi durumunu yaxşılaşdırmaq üçün kampaniyaya başlayaq, ata övladını atmasın. Ailənin qalmağa evi də yoxdur”.

27 yaşlı qadın hər iki valideynini itirib./virtualaz/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber