Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Bəylər Əyyubovun bacısı oğlu toyda polisi ölümcül döydü

Göygöl rayonunun Yeni Zod kəndində silahlı insident baş verib. Bu barədə “Azadlıq”a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, kənddə keçirilən nişan mərasimində Gəncə şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Azər Şahverdiyev iştirak edib.

A.Şahverdiyev içkili vəziyyətdə xidməti silahı olan “Makarov” tipli tapançadan dalbadal havaya atəş açıb.

Qorxuya düşən sakinlər dərhal mərasimi tərk ediblər və bu barədə “102" xidmətinə məlumat veriblər. Göygöl Rayon Polis Şöbəsinin Sarısu bölməsinin əməliyyatçısı Vəfadar Orucov hadisə yerinə gəlib. O, sərxoş vəziyyətdə olan və hələ də atəş açmaqda davam edən və bununla insanları qorxudan Azər Şahverdiyevi sakitləşdirmək istəyib. Lakin Azər Şahverdiyev Vəfadar Orucovu ölümcül döyüb. Bundan sonra sakinlər daha da qorxuya düşüblər. Məlumata görə, sakinlər növbəti dəfə Göygöl polisinə müraciət etsələr də, nəticəsi olmayıb: ”Hamı Azər Şahverdiyevdən qorxur. Ona görə də polis göndərmirlər". Bir qədərdən sonra Azər Şahverdiyev özü atəşə ara verib.

Məlumat üçün deyək ki, Azər Şahverdiyev bir neçə il əvvəl Göygöl polisində çalışıb. Öz iş yoldaşlarının üstünə silah çəkdiyinə və onların xidməti maşınını güllə ilə dəlik-deşik etdiyinə görə işdən çıxarılmışdı. Lakin Bəylər Əyyubovun bacısı oğlu olduğu üçün qısa zaman kəsiyində Gəncə Şəhər Baş Polis İdarəsinə baş əməliyyat müvəkkili təyin edilib. Məlumatla bağlı DİN-lə əlaqə saxlayan qəzetin əməkdaşına qurumdan bildiriblər ki, məsələ araşdırılacaq və bu barədə məlumat veriləcək.
1741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat