Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Ruhani: Suriyada terrorçuları zərərsizləşdirdikdən sonra siyasəi müzakirə etmək lazımdır

Suriyada başlıca tapşırıq terrorizmin ləğvidir və yalnız bundan sonra yeni konstitusiya və ölkənin gələcək hakimiyyəti barədə danışmaq olar.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, İran prezidenti Həsən Ruhani ABŞ-ın CBC televiziya kanalına müsahibəsində buna əminliyini ifadə edib.

"Nəzərəçarpacaq hissəsi terrorçular tərəfindən işğal edilən, kütləvi qətllər törədilən Suriyanı milyonlarla insan tərk etmək məcburiyyətindədir. Bu ölkənin öz hökumətinin dəstəyi və yardımı olmadan terrorçulara qarşı necə mübarizə aparmaq mümkündür? Hakimiyyətdə olan hökumətsiz terrorçulara qarşı necə mübarizə apara bilərik?", - H.Ruhani jurnalistin Suriyadakı münaqişənin həlli yolları barədə sualını cavablandırarkən bildirib.

İran prezidentinin fikrincə, "terrorizm üzərində qələbə əldə edildikdən və təhlükəsizliyi təmin edən şərait yarandıqdan sonra konstitusiya və ya gələcək rejim", müxalifətlə danışıqlar masası arxasına əyləşmək barədə danışmaq mümkün olacaq: "Lakin kütləvi qətllərin törədildiyi və ölkənin işğal edildiyi bir vaxtda başqa hansı variantlar var?"
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı