Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Daha 39 mühacir Aralıq dənizinin sularına qərq oldu...

Bazar günü, 20 sentyabrda Aralıq dənizində türk sahilləri və yunan adası İstankey arasında qanunsuz mühacirlərin olduğu bərə batıb.

Türkiyənin sahil mühafizəsi xidməti xəbər verir ki, səhər saat altı radələrində göyərtəsində yüzlərlə qanunsuz mühacir olan bərə kommersiya reysi həyata keçirən gəmi ilə toqquşub.

Xialasetmə işlərinə Türkiyənin sahil mühafizəsi xidmətinin beş kateri cəlb edilib.

İlkin məlumatlara görə, uşaqlar da daxil olmaqla ən azı 13 insan həyatını itirib. Sağ qalanlar Türkiyə ərazisinə çıxarılıb və burada onların gələcək taleləri barədə qərar veriləcəyi bildirilir.

BBC telekanalı isə Yunanstanın sahil mühafizəsi xidmətinə istinadən başqa bir insident barədə xəbər yayıb.

Xəbərdə deyilir ki, Lesbos adası yaxınlığında başqa bir bərə batıb ki, bunun da nəticəsində 26 qanunsuz mühacir xəbərsiz itkin düşmüş hesab edilir.
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP