Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Nicat Əliyevin "Hüquqlarının Müdafiə Komitəsi" bəyanat yaydı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayev dindarlara ağır cəzalarla hökm oxuyub.

Məhkəmənin hökmünə əsasən, “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev 10 il, Nəsirov Elvin və Ceyhun Səfərli 9 il, Valeh Abbasov 8 il, Camalov Qorxmaz və Hüseynov Elimxan 7 il, Hüseynov Samir 6 il, Əliyev Əli 4 il, Tofiqli Emin və Məmmədov Səfər isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Nicat Əliyevin “Hüquqlarının Müdafiə Komitəsi” ədalətsiz hökmlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Nicat Əliyevin “Hüquqlarının Müdafiə Komitəsi” jurnalist Nicat Əliyevin və onunla birgə təqsirləndirilən şəxslərin günahsız olaraq, qondarma ittihamlarla həbsə salınmasını kəskin pisləyir. Dövlət başçısının ikinci dəfə “jurnalistlərin dostu” seçildiyi bir ölkədə həbsdə olan jurnalistlərin siyahısına Nicat Əliyevin də adı əlavə edildi. Yazıları ilə daim təqib olunan jurnalist Nicat Əliyev qondarma narkotik və digər maddələrlə 10 il azadlıqdan məhrum edildi. Ölkədə ifadə azadlığından istifadə edən hər bir vətəndaş bu təhlükə ilə üz-üzədir.

“Nicat Əliyevin Hüquqlarının Müdafiə Komitəsi” olaraq, bütün ölkə ictimaiyyətini, yerli və beynəlxalq hüquq təşkilatlarını, ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyəti təşkilatlarını, siyasi partiyaları və media qurumlarını məhkəmənin çıxardığı bu sifarişli qərara göz yummamağa çağırır, Nicat Əliyevin və onunla birgə həbs edilən şəxslərin dərhal azad olunmasını tələb edirik. "/faktxəbər/
1692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28