Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

İrandan Astaraya dəmir yol xəttinin çəkilməsi barədə son müzakirələr aparılır

Səfir: "Yaxın günlərdə Astarada dəmir yol xəttinin çəkilməsi haqqında yekun müzakirələr aparılacaq"

“Yaxın on gündə Astarada İranla Azərbaycan nümayəndələri arasında çox mühüm görüş nəzərdə tutulub. Həmin görüşdə Astara dəmir yol xəttinin çəkilməsi haqqında yekun müzakirələr aparılacaq”.

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, görüşdə iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədrləri iştirak edəcək: ”Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri, İran tərəfdən isə rabitə və informasiya naziri, eləcə də digər qurumların nümayəndələri iştirak edəcəklər”.

Qeyd edək ki, İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır. Layihəyə əsasən, Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərindəki dəmiryol xəttinin bir-birinə birləşdiriləcəyi nəzərdə tutulur. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq. Bu yolun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir./apa/
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı