Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Arıqladan, xərçəngin qarşısını alan göyərti

Pərpətöyün digər tərəvəzlərdən fərqli olaraq daha çox Omega 3 və antioksidan tərkiblidir. Bu göyərti az kalori nisbəti ilə həm arıqlamağı asanlaşdırır, həm də ispanağın tərkibindəki qədər eyni dəmir miqdarına malikdir. Lazımsız ot kimi bildiyiniz pərpətöyünü yeməniz üçün vacib səbəbləri:

Qan təmizləyən və sidik qovucu faydası olan pərpətöyün beyin yorğunluğuna yaxşı təsir edir.

Böyrəklərdə meydana gələn daş və qumun tökülməsinə yardım edir.

Az kalori və yüksək vitamin tərkibi ilə pəhriz proqramlarının əvəzedilməzi olan pərpətöyün arıqlamağı da tezləşdirir.

Tərkibindəki yüksək lif sayəsində qəbzlik problemi yaşayanlar üçün faydalıdır.

Şəkər xəstələrinin susuzluğunu azalda bilən pərpətöyün bişirilmədən, göyərti kimi yeyilərsə, faydasını daha çox görərsiniz.

Tərkibindəki A vitamini və minerallar sayəsində arı, ilan sancmaları zamanı meydana gələn şişkinliklərin tez yatması üçün dərinin üzərinə qoyulur.

Yeyildiyində dəridəki hüceyrələrə də müsbət təsir edir.

Tərkibindəki antioksidant sayəsində ağciyər xərçəngi riskinin qarşısını alır.
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...