Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Diyarbəkirin mərkəzindəki qəbiristanlıqda PKK bayraqları dalğalanır

Türkiyənin sözcü.com.tr saytı Diyarbəkirdə şəhərin ortasında salınmış PKK qəbiristanlığının fotolarını yayıb. Əvvəllər kəndlərdə rast gəlinən PKK məzarlıqları indi şəhərlərə də yayılıb. Diyarbəkirdəki hava limanına gedən yolun kənarında yerləşən bu qəbiristanlıqda diqqət çəkən əsas məqam isə PKK emblemlərinin və bayraqlarının sərbəst şəkildə yerləşdirilməsi və burada dalğalanmasıdır.

Qəbiristanlıqda basdırılan PKK məzar daşları da düzəltdirilib. Daşların üzərinə onların gerçək adı ilə yanaşı onların kod adları da həkk edilib. Məsələn, kod adı Hamza Derik olan Hacı Yücə adlı PKK Dağlıcada hərbçilərlə atışma zamanı öldürülüb.

Andok kod adlı Sacit Bayram isə Mardində 1 polisi öldürüb, daha 3 nəfəri yaraladıqdan sonra ölü ələ keçirilən başqa bir PKK-dır. Şemseddin kod adlı Esat Güler isə 2003-cü ildə Hakkaridə 29 hərbçinin öldürüldüyü hadisənin iştirakçılarından olub.
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53
MTN işi: “1 mil