Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Atatürk heykəlinin yerinə çay stəkanı qoyurlar

Türkiyənin Rizə şəhərinin mərkəzi meydanında Mustafa Kamal Atatürkün heykəlinin götürülməsi və yerinə çay stəkanı fiqurunun yerləşdirilməsi planı ilə bağlı müzakirələr davam edir. Şəhər bələdiyyəsi aparılan təmir işləri ilə əlaqədar götürülən heykəlin yerinə qaytarılması ilə bağlı əhali arasında sorğu keçiriləcəyini açıqlayıb.

Atatürkçü Düşüncə Dərnəyinin (ADD) Rizə şöbəsinin rəhbəri Ömər Toprak Cumhuriyyətin simvollarının referenduma çıxarılmasını qəbuledilməz olduğunu deyib.

Qeyd edək ki, Rizənin bələdiyyə sədri Reşat Kasap ölkədəki parlament seçkiləri ərəfəsində “10 Numara Projeler” başlığı altında yenidənqurma tədbirlərinə başlayıb. Bu layihənin detalları açıqlandıqdan sonra şəhərin mərkəzi meydanının yenidən qurulacağı, Atatürkün heykəlinin yerinə isə çay stəkanı fiqurunun yerləşdiriləcəyi məlum olub.
649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP