Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Cibimizə qənim kəsilən endirimlər

Bakıda bir çox mağazalarda yay mövsümünün başa çatması ilə əlaqədar məhsullara tətbiq oluan endirim kampaniyaları heç də bütün hallarda reallığı əks etdirmir.


Bu mağazalara üz tutan alıcıların verdiyi məlumata görə mağazaların üzərində yüksək faizli endirimlər olduğu yazılsa da , içəridə məhsulların əksər hissəsində endirimdən əsər-əlamət yoxdur.

Alıcı Şəlalə Məmmədkərimova deyir ki, bu gün paytaxtdakı mağazaların birində 70%-ə qədər endirimin olduğunu görərək mağazaya baş çəkib.

“Mağazada daha əvvəllər də xoşuma gələn bir ayaqqabı vardı. Onu 52 manata satırdılar. Həmin ayaqqabının üzərində 70% endirimi gördüm və çox sevindim. Düşündüm ki, həmin ayaqqabını 16-17 manata ala biləcəm. Satıcıdan qiyməti soruşduqda mənə 44 manat dedi. Həmin ayaqqabının bir neçə gün əvvəl 52 manata olduğunu dediyimdə isə satıcı dedi ki, bu ayaqqabı əvvəldən 155 manat olub. Hazırda 70% endirimlə 44 manata satılır”,-deyə alıcı Ş. Məmmədkərimova narazılığını bildirdi.

Alıcıları narahat edən digər biq məqam mağazalarda endirim tətbiq edilən malların keyfiyyətinin alıcıları qane etməməsidir.

Alıcı Gülnarə Feyziyeva da bu cür endirimlərdən narazı sakinlərdən biridir. Onun sözlərinə görə, bu endirimlər daha çox keyfiyyətsiz və görünüş cəhətdən insanı cəlb etməyən mallara tətbiq edilir.

“Mağazanın şüşəsində endirim yazısını görüb daxil oluruq. Endirim tətbiq edilən əşyaları görsəniz onların çoxunu heç pulsuz da almazsınız. Çünki endirim daha çox satılmayan məhsullara tətbiq edilir. Onlara tətbiq edilən 50-70%-lik endirim digər endirim edilməyən mağazalardan baha başa gəlir”,-deyə alıcı Gülnarə Feyziyeva dedi./ans/
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı