Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Britaniya kəşfiyyatı Edvard Snoudenin ovuna çıxıb

Böyük Britaniyanın kəşfiyyat xidməti olan "Mİ-6" Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snoudenin ovuna çıxıb. Bu haqda "Vesti.ru" saytı amerikalı kəşfiyyatçının sabiq iş yoldaşı Ueyn Medsona istinadən xəbər yayıb. Məlumata görə, britaniyalı kəşfiyyatçılar Rusiya ərzisinə daxil olaraq Edvard Snoudeni həbs edərək onu ölkədən çıxarmaq barədə plan hazırlayıblar.

Qeyd edək ki, ötən gün Edvard və Ueynin ortaq dostları olan Rey Makqovern Rusiyaya amerikalı kəşfiyyatçı ilə görüşmək üçün gəlsə də, sonuncu onunla görüşmək istəməyib. Bundan sonra britaniyalı diplomatlar Rey Makqovernə yaxınlaşaraq onu əməkdaşlıq etməyə və "Mİ-6"nın maraqları üçün çalışmağa dəvət ediblər./faktxəbər/
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP