Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Ərəb şahzadəsi infarktdan ölməyib, Yəməndə öldürülüb

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Əl-Məktumun böyük oğlu, 34 yaşlı Rəşid bin Məhəmməd əl-Məktum ürək tutmasından yox, Yəmən ərazisində gedən hərbi əməliyyatlar nəticəsində ölüb.

Bu sensasion məlumatı hadisə şahidlərinə və mötəbər mənbələrə istinadən İranın “Fars” agentliyi yayıb.

“Şeyx Rəşid və BƏƏ-nin daha bir neçə hərbi qulluqçusu Yəmənin Mərib əyalətində şiələrin “Ənsarullah” təşkilatı döyüşçülərinin açdığı artilleriya atəşləri nəticəsində həlak olublar” - deyə agentlik bildirir.

Bu xəbəri Yəməndəki döyüşlərdə iştirak edən digər hərbçilər də təsdiqləyib.

Qeyd edək ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin elit qoşun hissələrinin hər biri Yəməndə vuruşmağa 1000 döyüşçü göndərib.

Sentyabrın 19-da BƏƏ hökuməti 18 milyard dollar sərvətə malik şahzadənin ürək tutmasından öldüyünü bəyan etmiş, lakin təfərrüatları açıqlamamışdı.
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı