Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

PKK sülh üçün 3 şərtini açıqladı: “Əks halda, döyüş daha 30 il uzanacaq”

PKK Türkiyəni təhdid edərək sülh danışıqlarının bərpa olunması üçün şərtlərini açıqlayıb.

PKK Şimali İraqdakı əsas qərargahı sayılan Qəndildə Almaniyanın “Der Spiegel” jurnalının müxbirlərini qəbul edən PKK lideri döyüşləri başlayan tərəfin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu deyib.

PKK-nın qurucularından olan Əli Haydar Kaytan təşkilatın illər ərzində çox dəyişdiyini, artıq müstəqil bir dövlət istəmədiklərini bildirib: “Yalnız muxtariyyət istəyirik. Döyüşlərin yenidən başlanmasının yeganə günahkarı Ərdoğandır. PKK-nın hücumları isə Türkiyə təhlükəsizlik güclərinin hücumlarına qarşı cavabdır. Ərdoğan bizə döyüş elan edib və biz də özümüzü müdafiə edirik”.

Döyüşlərin hansı halda yenidən sülh prosesinə çevriləcəyinə gəlincə, Kaytan PKK-nın şərtlərini açıqlayıb: “Bu ancaq üç şərtin yerinə yetiriləcəyi halda mümkün olar. Türkiyə ordusu hava hücumlarını dayandırmalı, Abdullah Öcalan sərbəst buraxılmalı və neytral bir ölkə vasitəçilik etməlidir. Məsələn, ABŞ vasitəçiliyi edə bilər. Başqa variant yoxdur. PKK-nın yeni döyüşçüləri daha radikaldır. Biz yaşlı nəsil olaraq razılaşma üçün son şansıq. Əks halda, döyüş daha 30 il uzana bilər”.
473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...