Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

İranda "Müqəddəs Müdafiə" həftəsi başlayır

İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə sentyabrın 22-də keçiriləcək hərbi paradda Silahlı Qüvvələrin raketlər, dəniz, quru qoşunlar, eləcə də hava hücumundan müdafiə sahəsində yeni nailiyyətləri nümayiş olunacaq.

Trend-in verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) sözçüsü Ramazan Şərif deyib.

O bildirib ki, hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir. Paradın keçirilməsində məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsdir.

Məlumata əsasən, parad Tehranda Ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq. Paradı İran Prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici diplomatik nümayəndəliklərin hərbi attaşeləri izləyəcək.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:03