Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Gülər Əhmədova hələ də BDU-nın müəllimi kimi qalır

Sabiq deputat Gülər Əhmədova Bakı Dövlət Universitetinin müəllimi olaraq qalır.
Universitetin sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə dekabrın 9-da “Media forum” saytına deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Gülər Əhmədova barəsində elan etdiyi hökm təhsil ocağına gəlib çıxmayıb: “Gülər Əhmədovaya dərs yükü verilməyib. Onun dərsləri başqa müəllimlər arasında bölünüb. Amma Gülər Əhmədova Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi olaraq qalır. Məhkəmənin hökmü gələn kimi məsələ həll olunacaq”.

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber