Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

Yeni Müsavat qəzetinin müxbirləri zorakılığa məruz qalıb VİDEO

Yeni Müsavat qəzetinin müxbiri Məhəmməd Türkmən və digər əməkdaşları Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində zorakılığa məruz qalıb.

Hadisə yerli sakin Elxan Qaraxanovun evində söküntü işləri zamanı baş verib. “Tornado” şirkətinin mühafizəçiləri jurnalistə hücum çəkib.

“Jurnalist olduğumuzu, təmsil etdiyimiz media orqanının adını deyərək, vəsiqəmizi təqdim etsək də, heç nə dəyişmədi. Şirkətin 10-15 nəfər “qoçu” mühafizəçiləri bizə hücum çəkdi. Kameramızı sındırmaq, əlimizdən almağa cəhd etdilər. Təhqir, nalayiq ifadələrlə qolumuzu buraraq, həyətdən çıxartdılar.

Fiziki təzyiqlərdən qurtulmaq üçün qonşu həyətə girməli olduq. Burada belə “qoçular” qapını qırıb, içəri girməyə çalışdılar. Tək məqsədləri, nəyin bahasına olursa-olsun çəkdiyimiz görüntüləri silmək idi ki, onu da bacara bilmədilər,” Məhəmməd Türkmən yazıb.



735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53