Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

PKK hərbi konvoyu partlatdı - 13 yaralı

Türkiyənin Van vilayətində növbəti hücum olub.

“Milliyət” qəzetinin verdiyi məlumata görə, insident yerli vaxtla saat 23.30 radələrində Başkale-Hakkari yolunun 10-cu kilometrliyində baş verib.

PKK əvvəlcədən basdırdıqları əldəqayırma partlayıcı qurğuları zirehli avtomobillər yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 13 hərbçi yaralanıb.

Yaralı əsgərlər hadisə yerinə gələn təcili yardım maşınları ilə Başkale Dövlət Xəstəxanasına aparılıblar. İlkin yardım göstərildikdən sonra hərbçilər helikopterlə Yüzüncü İl Universiteti (YYÜ) Dursun Odabaşı Tibb Mərkəzinə göndəriliblər.
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 12:30