Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

Məkkədə son 10 gündə 3-cü bədbəxt hadisə

Bu gün Məkkədəki mehmanxanaların birində güclü yanğın baş verib. Yanğın 15 mərtəbəli mehmanxananın 11-ci mərtəbəsində başlayıb və sürətlə ətrafa yayılıb.

Dərhal mehmanxanada olan 500 zəvvar təxliyyə olunub. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, bu, Həcc ziyarəti başlayandan bəri üçüncü bədbəxt hadisədir. Ötən cümə günü də Məkkədəki mehmanxanalardan birində yanğın çıxmış və nəticədə 1000-yə yaxın zəvvar təxliyyə olunmuş, iki zəvvar isə xəsarət almışdı.

Sentyabrın 11-də Kəbə yaxınlığında inşaat kranının aşması zamanı baş vermiş qanlı faciədə isə 100-dən artıq zəvvar ölmüş, 200-dən artıq zəvvar yaralanmışdı.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber