Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

HDP hədələdi: haqsızlıq olarsa...

Türkiyədə müvəqqəti hökumətin Avropa Birliyi naziri, HDP-çi millət vəkili Heydər Konca noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Seçkilərdəki şəffaflığı şübhə altına alan kürd siyasətçi HDP-yə qarşı haqsızlıq olacağı təqdirdə ölkənin parçalanacağını deyib:

"HDP-nin bu və ya digər səbəblərdən səddi keçə bilməməsi Türkiyənin bölünməsi ilə nəticələnəcək. Heç kim bunun qarşısını ala bilməz. Əgər biz Türkiyədə həqiqətən sülhü və qardaşlığı, azadlığı istəyiriksə, HDP-nin demokratik siyasətdə iştirakı mütləqdir. Mən xalqlarımızın bunu çox yaxşı anladığına əminəm. 1 noyabrda yenidən dərs veriləcəyinə şübhə etmirəm".

Qeyd edək ki, Türkiyədə PKK-ya qarşı əməliyyatların başlaması və HDP-nin terror təşkilatına yardım etdiyinə dair faktların ortaya çıxması kürd partiyasının ciddi səs itkisi ilə nəticələnib.

İyunun 7-də keçirilən parlament seçkilərində 13,1 faiz səs toplayaraq 80 millət vəkili ilə parlamentə düşən HDP-nin bu uğuru təkrarlayacağı inandırıcı deyil.
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08