Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

“WhatsApp” və “Viber”ə rəqib gəlir

Rusiyanın Novosibirsk şəhərindən olan proqramçılar Qərb analoqlarına alternativ olacaq yeni messenceri təqdim ediblər

“Kuku-Au” adlanan yeni messencer “WhatsApp” və “Viber”in rəqibi olacaq.

Rusiyalı tərtibatçıların yeniliyi ancaq məlumatların və şəkillərin mübadiləsi funksiyaları ilə məhdudlaşmır. “Kuku-Au”nun köməyi ilə alış-veriş etmək və elektron ödənişlər həyata keçirmək mümkün olacaq.

Proqramın tərtibatçılarından biri olan Aleksey Penskix vurğulayıb ki, bütün məlumatlar tam olaraq konfidensial saxlanacaq və burada hər hansı məlumatın sızması mümkün deyil. Yeniliyin təqdimatı Novosibirsk Texnoparkında keçirilən “açıq qapı” günündə baş tutub.

Tərtibatçılar bildirib ki, Novosibirsk şəhərində bu messencer artıq oktyabr ayında istifadəyə veriləcək və tez bir zamanda bütün model smartfonlarda istifadə edilməsi mümkün olacaq.
807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP