Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

Sərnişin avtobus sürücüsünü döydü - Bakıda

Bir vaxtlar danayacaqdan kənar avtobus saxladığı üçün qınanan sürücülər indi əks-reaksia ilə üzləşib. Dünən səhər Bakıda bir avtobus sürücüsünün döyülməsinə məhz dayanacaqdan kənarda saxlamaması səbəb olub. Sərnişinin döydüyü sürücü kəllə beyin travması alıb.

Nur-az.com musavat.com-a istinadən xəbər verir ki, hadisə səhər Əhməd Rəcəbli küçəsində, 33 saylı xətdə hərəkət edən avtobusda baş verib. Bir sərnişin sürücü Kamil İbrahimova hücum edib. Döyülən sürücünün qardaşı Ramil İbrahimov deyir ki, hadisəyə səbəb sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.

Döyülən sürücünü sərnişinin əlindən ətrafda olanlar alıb. Qan içində olan Kamil İbrahimovu digər sürücü yoldaşları 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıblar, sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağır olduğundan o, əməliyyat ediləcək.

Hadisə ilə bağlı zərərçəkmişin qardaşı polisə məlumat verib. İndi 5-ci polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarır.
551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP