Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

“Taliban”: «Xarici dövlətlərin əsgərləri ölkə ərazisini tərk etməlidir»

«Taliban» lideri Molla Mansur Əfqanıstan hökuməti ilə savaşı dayandırmaq üçün şərtini açıqlayıb. Şərtə əsasən, xarici dövlətlərin əsgərləri ölkə ərazisini tərk etməlidir. Əks halda taliblər yerli hökumətlə döyüşü davam etdirəcək.
Molla Mansur rəsmi Kabildən işğalı dayandırmağı və əcnəbi hərbiçilərlə sazişi ləğv etməyi tələb edib: «Əgər hökumət ölkədə savaşın başa çatmasını istəyirsə, bu şərtimizə əməl etsin».

Bundan əvvəlki açıqlamasında «Taliban» lideri bütün tərəfdarlarına müraciət etmişdi ki, Əfqanıstan İslam qaydalarına keçənə qədər sakitləşməsinlər: «Biz sülh danışıqları haqda eşidəndə bunu düşmənin təbliğatı kimi qəbul edirik. Ölkədə İslam qanunlarını bərqərar edənə qədər cihadı davam etdirəcəyik».
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı