Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

Peskov: “Suriyanı Müdafiə nazirindən soruşun”

Peskov Rusiyanın Suriyadakı fəaliyyəti ilə bağlı sualları cavablandırmaqdan boyun qaçırıb.

“İnterfaks” xəbər verir ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Suriyada apardığı əməliyyatlarla bağlı ona ünvanlanan sualları cavablandırmaqdan boyun qaçırıb. Mətbuat katibi bu sualların cavabını ondan deyil, Rusiya Müdafiə nazirindən almaq lazım olduğunu açıqlayıb:

“Biz artıq hər şeyi aydınlaşdırdıq, bütün suallara cavab verildi. Belə məzmunlu suallarınızı mənə deyil, Müdafiə Nazirliyinə ünvanlayın”.

Peskovun sözlərinə görə, Rusiyanın Suriyaya göndərdiyi hərbi, pilotsuz təyyarələr və digər məsələlərdə bağlı sualları Müdafiə Nazirliyi daha dəqiq cavablandıra bilər:

“Müdafiə Nazirliyindən daha dəqiq cavab ala bilərsinizsə, niyə məndən hansısa cavab tələb edirsiniz?”/axar/
490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.1