Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

İran: "Sionist rejim əl-Əqsa məscidinə qarşı hərəkətləri dayanmazsa...”"

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini İsrailə Suriya böhranından sui-istifadə etmək, İŞİD və əl-Nüsrə kimi terror qruplaşmalarına dəstəyi davam etdirmək və fələstinlilər, xüsusilə də uşaqları qırmaq və qəsəbələrin salınmasını davam etdirmək barədə xəbərdarlıq edib.

Regional müzakirələr, xüsusilə də Suriya böhranı ilə əlaqədr Moskvada səfərdə olan İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian çərşənbə axşamı günü keçirdiyi mətbuat konfransında Yaxın Şərqin vəziyyəti, xüsusilə də İsrailin hərəkətləri barədə deyib: “İsrail terrorçularla işğal olunmuş Cövlan yüksəklikləri vasitəsilə əlaqədə olması hamıya bəllidir və bu məsələ təkcə regionun deyil, bütün dünya üçün təhlükədir”.

Əmir Abdullahian İsrailin müttəfiqlərinə də xəbərdarlıq edərək bildirib ki, İsrailin regiondakı hərəkətlərinin qarşısını alsınlar. Çünki bu hərəkətlər vəziyyəti daha da mürəkkəbləşdirir.

İran xarici işlər nazirinin müavini əlavə edib: “Əgər uşaq qatili sionist rejimin əl-Əqsa məscidinə qarşı hərəkətləri dayanmazsa, qətiyyətli və möhkəm cavab alacaq”.

"Sionist rejimin işğal olunmuş Cövlan yüksəkliklərindəki təhrikedici hərəkətləri və işğal olunmuş Fələstin ərazilərində qəsəbələrin salınması dərhal dayandırılmalıdır" - deyə nazir müavini qeyd edib.
600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı