Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

ABŞ-da poçtalyon polis rəisi müavinini güllələyib

ABŞ-ın Florida ştatının Şalimar şəhərində poçtalyon şerif müavinini güllələyib və ardınca polislə atışma zamanı özü də öldürülüb.
TASS xəbər verir ki, poçtalyon bundan əvvəl məişət zorakılığında şübhəli bilinib.
Polis bu səbəbdən onu məhkəməyə çağırmağa və onda olan odlu silahı müsadirə etməyə cəhd göstərib.
Bu zaman münaqişə yaranıb və poçtalyon polisə bir neçə atəş açaraq onu qətlə yetirib. Cinayətkar daha sonra öz evində gizlənərək hadisə yerinə gələn polislərə silahlı müqavimət göstərib. Onu yalnız evinə gözyaşardıcı qaz buraxdıqdan sonra zərərsizləşdirmək mümkün olub.
523 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP