Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

İŞİD-i İranın sərhədlərinə yaxınlaşmazdan qabaq külə döndərərik!

Nur-az.com shia-news.com-a istinadən:
İran hava hücumlarından müdafiə qərargahının baş komandanı Fərzad İsmaili bildirib ki, hal-hazırda radar təchizatımız bizə üç min km-lik məsafəyə nəzarəti təmin edir. Halbuki dünyanın əksər ölkələri belə bir texnikaya yiyələnə bilməyiblər. Cari ilin axırınadək həmin qurğuların son müasir nümunələrinin açılışı da, xalqa təqdim ediləcək. Qeyd etməliyəm ki, belə bir qabiliyyətin sayəsində hər hansı uçuşa qalxan cihazı ölkənin ərazilərindən çox-çox uzaqlarda izləməyə qadirik. Hazırda sutka ərzində ölkənin asimanlarından heç bir problemsiz yüzdən çox təyyarənin giriş-çıxışı qeydə alınır ki, təhlükəsizlik baxımından bu rəqəm dünya səviyyəsində son dərəcə bənzərsizdir. Əksər ölkələr, o cümlədən, region qonşularımız İranın fəzasından keçməyi daha münasib hesab edirlər. Odur ki, Orta Asiya üzrə İran hava yolları baxımından ən təhlükəsiz ölkələrdən biri sayılır və son yetmiş il ərzində bunun nümunəsini heç yerdə tapa bilmərik. Bütün bu müvəffəqiyyətlər milli əzm və yorulmaq bilməyən xalqın öz mütəxəssislərinin səyi nəticəsində əldə edilib…
General İsmaili İŞİD-in İranın sərhədlərinin təhdidi ehtimalı barədə onu da, deyib ki, İŞİD və ya hər hansı cılız bir qrupun dünya sülhsevər xalqları içrə İran kimi bir ölkəyə qarışqa qədər də, qiyməti yoxdur və onlar sərhədlərimizə yaxınlaşmazdan qabaq yerlərində külə döndəriləcəklər!
1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45
Taleh Bağı