Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

Putin Mahmud Abbasla da görüşüb

Görüş Mahmud Abbasın Moskvada tikilən Mərkəzi məscidin açılışında iştirak səfəri çərçivəsində baş tutub. Açılışdan sonra bir araya gələn iki liderin Fələtin problemindən tutmuş, Suriya məsələsinə qədər bir sıra mövzuda müzakirə apardıqları qeyd olunur.

Mahmud Abbas görüşdə son zamanlar yəhudi mühacirlərinin təxribatlarını artırdıqlarını, onların “terror fəaliyyətləri” nəticəsində hər gün bir fələstinli gəncin öldürüldüyünü deyib. O, həmçinin İsrail hökumətinin Məscidi-Əqsa siyasətini də tənqid edib. Bildirdiyinə görə, rəsmi Təl-əviv müsəlmanların ilk qibləsini müsəlmanlar və yəhudilər arasında bölməyə çalışır: “Bölünmə deyərkən, məscidin həm zaman, həm də məkan olaraq müəyyən məhdudiyyətlərlə istifadəsini nəzərdə tuturam. Yəni müsəlmanlar müəyyən zaman çərçivəsində ibadətgahın bir tərəfində, yəhudilər isə başqa zamanda ibadətgahın başqa bir hissəsində dini vəzifələrini yerinə yetirəcəklər.”

Suriyadakı vəziyyətlə bağlı açıqlamasında isə Fələstin lideri məsələnin siyasi həll mərhələsinin yetişdiyini deyib.

Maraqlıdır ki, Vladimir Putin bundan bir gün öncə də işğalçı İsrailin qondarma baş naziriylə görüşmüş, 2.5 saat çəkən görüşdə yenə Suriya məsələsi müzakirə olunmuşdu. Görüşdə tərəflər Suriyada əsgəri fəaliyyətlərini tənzimləmək üçün koordinasiya komitəsi yaratmaq qərarına gəlmişdilər.

Ümumiyyətlə, son zamanlar Rusiya Yaxın Şərqdə aktiv fəaliyyətə keçib və bu tendensiya ABŞ və müttəfiqlərini xeyli narahat edir. Regionun əsas söz sahibləriylə Putinin bir araya gəlməsi ABŞ-ın hərbi müdaxilələrindən sonra vətəndaş müharibəsinə səhnə olan coğrafiyada qüvvələr nisbətini Rusiyanın xeyrinə dəyişdirmək cəhdi kimi qiymətləndirilir./strateg/
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber