Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

General Əsədullayevin oğlu ofsiantı belə bıçaqlayıb - VİDEO

2015-ci il, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında bıçaqlanma hadisəsi baş vermişdi. Restoran xidmətçisini bıçaqladığına görə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılmış və 4 aylıq həbs qəti-imkan tədbiri ilə Kürdəxanıya göndərilmişdi.

Meydan tv-nin başlatdığı “xalq jurnalistikası” layihəsi ilə maraqlanan oxuculardan biri restoranın təhlükəsizlik kameraları tərəfindən hadisəni əvvəldən axıra qədər qeydə alınmış videosunu bizə göndərib. Həmin videonu təqdim edirik.
Tamerlan Əsədullayev 2010-cu ilin may ayında da polisləri döyməklə gündəmə gəlmişdi. Həmin vaxt Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə başlayıb.
Həmin vaxt araşdırmanın dayandırılmasının əsas səbəbi Şərif Əsədullayevin Yasamal rayon Polis İdarəsinin rəisinə üzrxahlıq etməsidir. Lakin bu dəfə davanın baş verdiyi “Senator” restoranın prezidentin qaynatası Arif Paşayevə aid olması general oğlunun həbsinə səbəb olub.


800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi