Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

Özlərini yandırmaq istədilər – Bakıda aksiya

Bir qrup şəxs Ali Məhkəmənin sədrinə etiraz etdi.

Etiraz edən şəxslər aldadılaraq dələduzluğa məruz qaldıqlarını bildiriblər.

Onlar Ali Məhkəmənin sədri Ramiz Rzayevin onları qəbul etməsini tələb ediblər. Etirazçılar qəbul edilmədikləri təqdirdə özlərini yandıracaqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, ticarət obyektləri etirazçıların dələduzluq yolu ilə əllərindən alınıb. Onlarla kredit vermək adı altında müqavilə bağlanıb. Etirazçılar bildirib ki, 5-10 min manat məbləğində kredit götürsələr də natariusda təsdiq olunan sənəddə bu 50-60 min manat, hətta daha çox göstərilib.

Bu vətəndaşlar götürdükləri krediti ödədikdən sonra kredit verən şəxslər müqavilədə göstərilən məbləğin ödənilməsini tələb edib. Məhkəmə də qərar çıxarıb ki, bu şəxslər evdən çıxmalıdır. Etiraz edənlərin əksəriyyəti artıq evlərindən çıxarılıb. /Azadxeber/
598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz