Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

ABŞ-da prezidentliyə namizəd dilinin bəlasına düşdü

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərinə namizədlər müsəlmanlara qarşı çıxışları ilə medianını gündəmindədir.

Amerika Birləşmiş Ştatlarında prezidentliyə respublikaçı namizəd Ben Karsonun “İstəməzdim ki, biz bu ölkədə hakimiyyətə müsəlmanı gətirək. Belə bir şeylə qətiyyən razılaşmıram” "NBC” kanalına etdiyi bu açıqlama onun namizədliyinin ləğvinə yol açıb.

Ölkədəki müsəlman qruplar keçmiş neyrocərrah Ben Karsonu prezidentlik uğrunda yarışdan çıxmağa çağırıblar. Çünki, respublikaçı seçicilər arasında sorğulara əsasən irəlidə gedən və xristian dindar olan Ben Karsonun baxışları Birləşmiş Ştatlar Konstitusiyası ilə ziddiyyət təşkil edir.

Həqiqətənmi bir müsəlman Amerikada lider ola bilməz? Karson idda edir ki, prezidentin dini seçicilər üçün əhəmiyyətlidir və İslam dini Konstitusiya ilə ziddiyyət təşkil edir. Birləşmiş Ştatlar Konstitusiyasında isə deyilir ki, ştatlarda vəzifəyə seçilmək üçün dini testdən keçmək gərəkli deyil.

Rəyini sorşuduğumuz amerikalıların da məsələ ilə bağlı fərqli fikirləri var.

Vaşinqton sakini Shabla Feik deyir ki, Amerikada bütün din adamları prezident ola bilərlər, bütün dinlər burda azddırlar.

Vaşinqton sakini Dİfans Edeyno isə müsəlmanın prezident olmasında problem görmür.

Vaşinqton sakini Ed Daniel xatırladır ki, konstitusiyada Amerikada prezident dini testdən keçməməlidir, ola bilər müsəlman yaxşı prezident olsun.

Müsəlmanlara qarşı səslənən təhqirə Ağ Evin də kəskin reaksiya gəlib.

Prezidenti Barak Obamanın mətbuat katibi Coş Ernest respublikaçı namizədlərin təhqir yolu ilə siyasi dəstək qazanmağa çalışmaqda ittiham edib./ans/
622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber