Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

Azərbaycanda qanunsuzluq hələ çox can alacaq

Evli kişi qız qaçırdı, arvadının yanında öldürdü

Sumqayıtda bir ay əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Yeganə Mirzəyevanın Qobu qəsəbəsində meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Vahid Vəliyev tutulub.

Daşkəsəndə Rəfayel Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Cinayəti törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov və Elmir Məmmədov yaxalanıb.

Masallının Şərəfə kəndində isə İntizam Rzayev öldürülüb. Münaqişə zəminində qətli törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Salman Qurbanov tutulub.

Tərtərin Köçərli kəndində Fərid Zeynalov qeyri-rəsmi nikahda olduğu Ağdam sakini Tofiqə Qurbanovanı boğub öldürüb. 29 yaşlı Fərid bir neçə gün əvvəl evlənmək məqsədi ilə 19 yaşlı Tofiqəni qaçırıb.

Fərid ailəli olub və qaçırdığı qızı həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Qadınlar arasında mübahisə düşüb və bu zaman Fərid qaçırdığı qızı boğaraq öldürüb.
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber