Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

Obamanın İŞİD üzrə nümayəndəsi istefa verir

Ağ Evin İŞİD-ə qarşı müəyyən etdiyi strategiya, Vaşinqtondakı Konqres və xarici siyasət çevrələrində tənqid edildiyi vaxtda Prezident Barak Obamanın keçən il xüsusi nümayəndə olaraq təyin etdiyi general Con Allenin istefa verəcəyi haqqında məlumat yayılıb.

ABŞ Dövlət departamentindən generalın hələ də “işləri ilə məşğul olduğu” deyilsə də, Allenin istefasının Ağ Evlə İŞİD-ə qarşı strategiyada yaşadığı fikir ayrılıqlarından qaynaqlandığı ehtimal edilir.

Generalın istefasından sonra köməkçisi Bret Makqarkın bir müddət vəzifəsini tək başına icra edəcəyi, daha sonra Allenin yerinə yeni adam təyin ediləcəyi qeyd edilib. 2014-cü il sentyabr ayında bu işi altı aylığına öz boynuna götürən general vəzifəsini altı ay da artıq davam etdirib.

Xatırladaq ki, general Con Allen Ankaranın İncirlik hərbi bazasını İŞİD-lə mübarizəyə açma mövzusunda Türkiyəni razı salmaqda mühüm rol oynayıb. /axar/
634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09
Put