Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2015

Bu tərəvəz pəhriz saxlamadan arıqlamağa kömək edir

Xiyar az kalorili, xolesterinsiz, yağsız və duzsuzdur. Ona görə də arıqlamaq istəyənlər üçün əla vasitədir və mütləq qida rasionuna daxil edilməlidir.

Diyetoloqlar ağır pəhriz saxlamadan arıqlamaq istəyənlərə xiyar yeməyi təklif edirlər. Mütəxəssislərin fikrincə, bu tərəvəz artıq çəki ilə mübarizədə ən güclü "silah"dır. Belə ki, 119 qram xiyarda cəmi 16 kalori, 115 qram su, 0.2 qram yağ, 2,9 qram şəkər və 0,8 qram zülal olur. Bundan başqa, onun tərkibində antisklerotik effektə malik tarton turşusu var ki, o da karbohidratların yağa çevrilərək xolesterinin piy toxuması şəklində yığılmasının qarşısını alır.
Xiyarın tərkibindəki təbii su isə orqanizmin təmizlənməsinə kömək edir, zəhərli maddələri bədəndən xaric edir. Amma xiyardan həddindən artıq istifadə etmək də doğru deyil. Çünki xiyardan ifrat istifadə böyrək xəstəliyi və ya kəllədaxili bir sıra sağlamlıq problemləri olanlara mənfi təsir göstərə bilər.
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber