Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2015

ABŞ-da güclü yanğın: 3 min insan evsiz qaldı

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının vurduğu ziyan yüz milyon dollarlarla ölçülür.

TASS agentliyinin verdiyi məlumata görə, sentyabrın 12-dən Leyk, Napa və Sonopa dairələrində tüğyan edən güclü yanğınlar 28,4 min hektarı əhatə edib.

İlkin hesablamalara əsasən, yanğın 1 238 yaşayış evi daxil olmaqla 1 900 tikilini məhv edib, 3 minə yaxın adam evsiz qalıb. Sentyabrın 23-də Kobb yaşayış məntəqəsində, yanıb külə dönmüş evlərin birində naməlum kişi cəsədi aşkarlanıb. O, təbii fəlakətin sayca 6-cı qurbanı olub. Daha 3 nəfər itkin düşmüş hesab edilir./apa/
523 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı