Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2015

Rusiyanın dünyanı qorxudan 5 silahı - Fotolar

Rusiya Gürcüstan, Ukrayna və Suriya böhranlarında istədiklərinə nail oldu. İqtisadi baxımdan böhranda olan Moskvanın beynəlxalq arenada təsirli olması isə onun hərbi gücü ilə izah edilir.

Rusiyanın 5 silahı beynəlxalq arenada Rusiyanın sıradan çıxarılmasına mane olur.

Həmin silahlar aşağıdakılardır:

1.“T-50 PAK FA” qırıcıları

Rusiyanın “Suxoy” şirkətinin hazırladığı “PAK FA T-50” qırıcısı amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “Sukhoi” reaktivlərinin yeni nəsil versiyası olan “T-50 PAK FA”lar bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir.

“T-50 PAK FA” qırıcıları artıq sınaq uçuşlarına başlayıb. Döyüş təyyarəsinin maliyyə dəyəri az olsa da, super manevr qabiliyyətinə malikdir.

2.“Gecə ovçusu”

Rusiyanın ikinci qorxunc silahı isə “Gecə ovçusu” adlandırılan Mi-28NM döyüş vertolyotudur. Pilotların təhlükəsizliyini artıran yeni xüsusiyyətlərlə təchiz edilən vertolyotlar yeni sensorların köməyilə gecələr də gündüzlər kimi uca bilir və hədəflərini dəqiq vurur.

3.“Armata T-14” 

Rusiya ordusunun yeni “Armata T-14” tankları bir çox yeni silahlarla təchiz edilib. 9 May Qələbə Günündə Qızıl Meydanda hərbi parada çıxarılan “Armata T-14”lər bu ilin sonundan etibarən Rusiya ordusunun istifadəsinə veriləcək. Rusların yeni tankı “T-72” tankının platforma üzərinə hazırlanan modellərdən çox fərqlidir. Əsas topun yanında 2x30 mm pulemyot və 2x12,7 mm ağır çaplı tüfəngdən ibarət silahlar var.

Polad tutumu 1,7 dəfə artırılan yeni nəsil tank 80 kilometr sürətlə hərəkət edə bilir.

4. Raketdən müdafiə sistemləri.

Rusiyanın dördüncü əhəmiyyətli hərbi gücü “S-400” raketdən müdafiə sistemləridir. “S-300”lərin inkişaf etdirilmiş yeni versiyası olan “S-400”lər qısa-orta-uzun mənzilli hava müdafiə sistemi kimi də işləyə bilir. 400 kilometr mənzilə sahib olan sistem AWACS erkən xəbərdarlıq təyyarələri və ballistik raketləri məhv edir. Mərminin sürəti saatda 17 min 280 kilometrdir.

5.Dənizlərin hakimi

Rusiyanın beşinci böyük hərbi gücü isə dənizlərdədir. “Borey” sualtı nüvə qayıqları gələcəkdə Rusiyanın qarşısıalınmaz nüvə gücünün bir hissəsi olacaq. Dünya okeanlarında üzməyə başlayan və “Bulava SLBM” tipli nüvə başlığı daşıyan sualtı qayıqlar Rusiyanın beşinci ən böyük silahı hesab olunur./publika/

 

588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber