Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2015

Mitinqin təşkilat komitəsi BŞIH-ə müraciət edib

Qarabağ əlilləri məmur özbaşınalığından, məhkəmə-ədliyyə reketliyi sonucunda əmlaklarından, hüquqlarından məhrum olmalarından cana doyublar. Bir çoxları çıxış yolunu intiharda tapır. Di gəl, bu radikal addım da onları intihara təhrik edənlərin xeyrinə işləyir.

2 il öncə Qarabağ qazisi Zaur Həsənovun intiharına görə heç kimin məsuliyyətə alınmaması da bu “xeyirxahlıq”dan doğur. Elə məmurların “cəzasızlıq prezumpsiyası” konstitusiyanın “təqsirsizlik prezumpsiyası” haqqında maddəsini heç edir. Uzaqbaşı, rüşvət məmurlarının yerdəyişməsi həyata keçirilir. Rüşvətxorların yerini dəyişəndə isə korrupsiya yox olmur, əksinə, artır. Bu gün qazamatlarda onlarla Qarabağ qazisi haqsız cəza çəkir. Vətənin cəfasını da cəzasını da çəkən Qarabağ qazisi, səfasını görən məmur! Qarabağ əlillərinin, şəhid ailələrinin seçki hüququ da tanınmır. Fikir verin, Nərimanov rayonundakı Ə.Rəcəbli-46 ünvanında zəbt olunan evdə yaşayan (buna yaşamaq demək mümkünsə) əlil və şəhid ailələri heç seçki dairələrini tanımırlar, onda qala deputatları ola. Mərkəzi Seçki Komissiyasına (MSK) edilən müraciətlərə də cavab verilmir. “Əlillərin sosial müdafiəsi haqqında” qanunu ilə əlillərə verilən hüquq və güzəştləri isə icra strukturları, deputatlar, məhkəmələr mənimsəyib. Ötən il əlillərin mitinq keçirmək çağırışına BŞIH Konstitusiyaya və müvafiq qanuna zidd olma “əsasiyla” razılıq vermədi. Maraqlıdır, mitinqkeçirmə nəyə görə konstitusiyaya və “sərbəst toplaşma” qanununa zidd olsun?

Hüquqları pozulan əlillər yenidən BŞIH-ə müraciət edərək oktyabrın 8-də saat 15-də “Əlillər barədə ayrı-seçkiliyə son!”, “Əlil intiharlarına son!”, “Əlillər də insandır, seçki hüquqları tanınsın” şüarları ilə ortalıq 2000 nəfərlik ümumrespublika mitinqi keçirilməsini razılaşdırmağı xahiş ediblər. Sentyabrın 21-də mitinqin təşkilat komitəsinin müraciəti BŞIH-ə əlbəəl təqdim olunub.

“AZADLIQ” meydanını, Yasamaldakı “MƏHSUL” stadionunu və “NƏRIMANOV” metrosunun çıxışındakı bağı təklif edən əlillər BŞIH-in cavabının qanunla müəyyən olunan müddətdə veriləcəyinə ümidlidirlər.

Məğrur Bədəlsoy,

mitinqin təşkilat komitəsinin sədri
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31
İŞİD türk hə