Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2015

"Amerika üçün rüsvayçı bir haldır ki..." - Con Makkeyn

ABŞ prezidenti seçilməyə şansı olanların əksəriyyəti Ukraynaya müdafiə silahları verilməsinin tərəfdarıdır, ancaq Birləşmiş Ştatlar Kiyevdən real islahatlar, o cümlədən korrupsiya sahəsində islahatlar gözləyir.

Bu barədə Respublikaçı senator Con Makkeyn Odessada keçirdiyi brifinqdə söyləyib.

“Bu, Amerika üçün rüsvayçılıqdır ki, biz müasir rus silahına qarşı döyüşən cəsur ukraynalılara müdafiə silahları vermirik” – deyib Makkeyn. Onun sözlərinə görə, həyatındakı ən parlaq təəssürat Maydanda olduğu günlərlə bağlıdır.

“Mən prezident Pyotr Poroşenko ilə bir çox məsələləri müzakirə eləməyə hazırlaşıram. Ancaq düşünürəm ki, xüsusi vurğu korrupsiya ilə mübarizə məsələsinə salınmalıdır. Bu sahədə irəliləyiş var, amma davam eləməlidir”./musavat/
504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber