Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2015

Azərbaycanlı zəvvarlardan xəbər var

Bu gün Məkkədə - Mina dağında baş verən faciədə ölənlərin sayı arta bilər.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda ölən zəvvarların kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:2